Ödənişin həyata keçirilməsi istifadə halında üçüncü tərəf təchizatçı vasitəsilə ödəniş xidməti istifadəçisinin ödəniş hesabından ödənişlər həyata keçirilir.

Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.

Əməliyyat ödəniş xidməti istifadəçisi tərəfindən üçüncü tərəf təchizatçının öz interfeysində başladılır və daha sonra üçüncü tərəf təchizatçı tərəfindən İnterfeysdə həyata keçirilir. Ödənişin həyata keçirilməsi zamanı ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı tərəfindən Qanunun 35-ci maddəsinə uyğun olaraq gücləndirilmiş müştəri autentikasiyası tətbiq edilir.