Qazan qurğusunun üzərində olan xəbərdaredici siqnal rəngi və təhlükəsizlik nişanları, normativ sənədlərə uyğun olmalıdır. Boya elektrik cərəyanı keçən və yüksək temperatur olan hissələrə çəkilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Qazanların, qazanxana qurğularının, köməkçi qurğuların və boru kəmərlərinin rəngləri normativ sənədlərə DÜST 12.4.026-76 “Xəbərdarlıq rəngləri və təhlükəsizlik nişanları”na uyğun olmalıdır.

qazanxananın sazlanması və təmiri zamanı boya və lak ilə kipləşdirilməsinə yol verilmir.