Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədov xidməti pasportunu itirib.
Heftelik.az-ın Teleqraf-a istinadən verdiyi məlumata görə, sənədin hansı şəraitdə itdiyi məlum deyil.
R.Məmmədova xidməti pasportu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) verib.
Artıq itən sənədin etibarsız sayılması barədə elan dərc olunub.
Qeyd edək ki, Razim İsa oğlu Məmmədov 1966-cı ildə anadan olub. 2006-2018-ci illərdə Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin başçısı işləyib.