Serial ödəniş belə olur

06 Fevral 2025, 01:08

Serial ödəniş emitent maliyyə institutu tərəfindən ödəniş sərəncamının maliyyə vəsaiti ilə birlikdə benefisiar maliyyə institutuna birbaşa, yaxud bir və ya bir neçə vasitəçi maliyyə institutu vasitəsi ilə göndərildiyi ödəniş zənciridir.

Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.

Kover ödəniş emitent maliyyə institutu tərəfindən benefisiar maliyyə institutuna ödəniş sərəncamının birbaşa, sərəncam üzrə maliyyə vəsaitinin isə benefisiar maliyyə institutuna bir və ya bir neçə vasitəçi maliyyə institutları vasitəsi ilə göndərildiyi ödəniş zənciri, paket ödənişləri bir ödəyici tərəfindən bir neçə elektron köçürmə əməliyyatı həyata keçirilən zaman ödəyiciyə dair məlumatların paket şəklində emitent maliyyə institutundan benefisiar maliyyə institutuna ötürülməsidir.