Dövlət informasiya sistemlərinə inteqrasiya təmin olunduğu halda müştəri hesabının (depo və marja hesablarının) açılması və müqavilənin bağlanması üçün tələb edilən sənəd və məlumatlar, o cümlədən surətinin notariat qaydasında təsdiq edilməsi tələb olunan sənədlər həmin informasiya sistemlərindən əldə olunur.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
Sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirləri ƏL/TMM Qanununun, habelə MUT Qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir. Müştəri hesabının (depo və marja hesablarının) açılması və müqavilənin bağlanması üçün tələb edilən sənədlər bu Qaydanın 13.2-ci bəndinə uyğun olaraq təsdiq olunmaqla təqdim edilir. Müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlər ƏL/TMM Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş müddətdə saxlanılır. Elektron formada əldə edilmiş məlumat və sənədlər kağız daşıyıcıya köçürülmədən elektron formada saxlanıla bilər.