ABŞ Prezidenti Donald Tramp cinsiyyəti doğulanda kişi kimi müəyyən edilən transgenderlərin qadınların idman turnirlərində iştirakını qadağan edən sərəncam imzalayacaq.

Heftelik.az-ın xəbərinə görə, bu barədə ESPN məlumat yayıb.

Trampın sərəncamı çərşənbə günü yerli vaxtla günortadan sonra imzalayacağı gözlənilir.

ABŞ Nümayəndələr Palatasının üzvü Nensi Meys bildirib ki, qanun ədaləti bərpa edəcək və qadın idmançıların hüquqlarını qoruyacaq.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası transgenderlərin qızların məktəbli idman komandalarında iştirakını qadağan edən qanun layihəsini də təsdiqləyib.

Respublikaçılar qanun layihəsini qadın idmançılar üçün idmanda ədalətli rəqabəti təmin etmək üçün irəli sürüblər.