Ötən il Azərbaycanda banklar tərəfindən nağd Rusiya rublunun alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 8 milyard 376.9 milyon təşkil edib.

Heftelik.az-ın xəbərinə görə, APA-nın Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 2.1 dəfə və ya 9.1 milyard Rusiya rublu azalıb.

Qeyd edək ki, hesabat dövründə bankların nağd Rusiya rublu alışı 2023-cü illə müqayisədə 2.6 dəfə azalaraq 5 milyard 712.1 milyon, satışı isə 8.3% artaraq 2 milyard 664.9 milyon təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə 1 Rusiya rublunun orta məzənnəsi 0.0182 manat olub.