Son aylarda yağların qiymətində artım müşahidə olunub.

Heftelik.az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, istər kərə, istərsə də duru yağların qiymətində bahalaşma var.

Bir-iki ay əvvəl 19 manat 30 qəpiyə təklif edilən 1 kiloqramlıq kərə yağı hazırda 22 manat 90 qəpikdir.
Satıcıların sözlərinə görə, təkcə yanvar ayı ərzində qiymətlər 5-6% artıb.
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Dünya Ərzaq Təşkilatının qiymət indeksinə nəzər saldıqda məlum olur ki, ötən ilin dekabr ayı istisna olmaqla, 14 ay ərzində yağların qiymətində artım müşahidə olunub.