Banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün tələblər məlum olub.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün tələblər aşağıdakılardır:

– cinvestisiya xidmətləri (əməliyyatları) yalnız bu xidmətlərin göstərilməsi məqsədilə yaradılmış struktur bölmə (departament, şöbə, bölmə və s.) vasitəsilə həyata keçirilməli;

– investisiya xidmətlərini (əməliyyatlarını) göstərən əməkdaşları bu Qaydanın 12.3-cü bəndinə uyğun olaraq ixtisas şəhadətnaməsinə, müvafiq struktur bölmənin rəhbəri investisiya xidmətləri sahəsində və ya qiymətli kağızlara və törəmə maliyyə alətlərinə investisiyalarla bağlı minimum 2 (iki) illik iş təcrübəsinə malik olmalı;

– müştərilərə investisiya xidmətlərinin göstərilməsi üçün müvafiq strategiyaya, risklərin idarəedilməsi qaydasına və rəqəmsal texnologiyalara malik olmalıdır.