NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin astronomları “2024 YR” asteroidinin birbaşa Yerlə toqquşması ehtimalını əhəmiyyətli dərəcədə artırıblar.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “The Guardian” məlumat yayıb.

Mütəxəssislərin hesablamalarına görə, 2032-ci ildə baş verə biləcək kosmik obyektin Yerlə toqquşması ehtimalı 2,3%-ə yüksəlib.

Edinburq Universitetinin planetar astronomiya professoru Kolin Snodqrass qeyd edib ki, asteroidin uçuşu çox güman ki, zərərsiz olacaq.

Daha əvvəl “2024 YR4” adlı futbol meydançası böyüklüyündə asteroidin 22 dekabr 2032-ci ildə Yerlə toqquşacağı bildirilmişdi. NASA-nın son məlumatlarına görə, asteroidin Yerə təsir ehtimalı 1,6% təşkil edib. Alimlər panikaya düşməsələr də, onun trayektoriyasını diqqətlə izləyirlər.

Elm adamları ilk dəfə “2024 YR4”ü 27 dekabr 2024-cü ildə Çilidəki El Sos Rəsədxanasında kəşf etdilər. Astronomlar onun diametrinin 40 ilə 90 metr arasında olduğunu təxmin edirlər.