Gəminin xəbərsiz itkin düşmüş hesab edilməsi üçün zəruri olan müddət gəmidən axırıncı məlumatın alındığı gündən başlayaraq bir aydan az və üç aydan artıq ola bilməz, hərbi əməliyyatlar şəraitində isə altı aydan az ola bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Zədə almış gəminin bərpası mümkün olmadıqda və ya gəminin təmiri iqtisadi cəhətdən məqsədə müvafiq olmadıqda, gəmi konstruktiv cəhətdən istismara yararsız hala düşmüş hesab edilir.