Hansı hallarda işgüzar münasibətlərə xitam verildiyi üzə çıxıb.

Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.

Aşağıdakı hallarda işgüzar münasibətlərə xitam verilir:

– xarici maliyyə institutunun müraciətinə əsasən;

– işgüzar münasibətlərin qurulması zamanı təqdim edilən sənədlərdə yanlış məlumatların olması aşkar edildikdə, sənədlər etibarsız hesab olunduqda, o cümlədən həmin sənədlərin etibarsız hesab olunması ilə bağlı müvafiq orqandan məlumat daxil olduqda;

– xarici maliyyə institutunun fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya/qeydiyyat ləğv edildikdə;

– risk əsaslı yanaşma əsasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı adekvat tədbirlərin görülməsi mümkün olmadıqda;

– işgüzar münasibətlərin qurulmasına dair müqavilədə nəzərdə tutulan digər hallarda.