Ermənistanın Sünik vilayətinin Məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin keçmiş komandanı Cəlal Harutyunyan barədə qərar verib.

Heftelik.az-ın “Sputnik-Armenia”ya istinadən verdiyi məlumata görə, Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Cəlal Harutyunyanın 6 il azadlıqdan məhrum olunmasını istəmişdi.

Xatıladaq ki,  Cəlal Harutyunyan 2020-ci il 12 oktyabrda müharibə zamanı xidməti vəzifəsinə səhlənkar yanaşma ilə ağır nəticələrə səbəb olmaqda ittiham edilib.