Çapay Məmmədov nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, nazir Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.
Vurğulanıb ki, Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, bundan öncə nazirliyin İnsan resursları şöbəsinin müdiri kimi fəaliyyət göstərib.