Çin televiziyasında Azərbaycanın məşhur “Cücələrim” mahnısı çin dilində səsləndirilib.
Heftelik.az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrin Çin seqmentində də paylaşım edilib.
Bildirilib ki, musiqisi Qənbər Hüseynliyə, sözləri Tofiq Mütəllimova aid mahnı Çin Yeni İli münasibətilə təşkil edilən tədbirlərin birində uşaqlar tərəfindən səsləndirilib.
Uşaqların sevimli mahnılarından birinin bu tərzdə ifası sosial şəbəkələrdə maraqla qarşılanıb.
Onu da qeyd edək ki, Çin Yeni İli yanvar ayının sonundan fevralın əvvəlinə qədər qeyd edilir.