Əməliyyatların uçotu milli valyutada aparılır.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
Qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar xarici valyutada aparıldıqda, uçot xarici valyutada, habelə manat ekvivalenti göstərilməklə milli valyutada aparılır. Manat ekvivalenti Mərkəzi Bankın həmin günə rəsmi məzənnəsi əsasında hesablanır. Marja ticarəti xidməti üzrə əməliyyatların uçotu aparılarkən həmçinin marja ticarəti qaydasını tənzimləyən normativ xarakterli aktın tələblərinə əməl edilməlidir.
İnvestisiya şirkəti tərəfindən aparılan əməliyyatlarla bağlı müştəri şikayətlərinin uçotu ən azı aşağıdakı məlumatları əks etdirir:
– şikayət edən müştərinin eyniləşdirilmə məlumatları (fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
– unikal müştəri kodu;
– şikayətin tarixi;
– şikayətin məzmunu;
– şikayətlə əlaqədar investisiya şirkəti tərəfindən görülmüş tədbirlər barədə məlumat.
– Müştəri şikayətlərinin qəbulu ilə əlaqədar ünvan və əlaqə məlumatları müştərilərə təqdim olunan sənədlərdə və investisiya şirkətinin rəsmi internet səhifəsində yerləşdirilir.