Geri çağırılma əməliyyatları dərhal və istənilən an tətbiq ediləbilən olmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Əhalinin sağlamlığının qorunması məqsədilə keyfiyyət qüsuru ilə bağlı araşdırma yekunlaşana qədər dərman vasitələri geri çağırılır. Seriyanın (məhsulun) geri çağırılması ilə əlaqədar qeydlər bu sahədə məsul şəxslər üçün əlçatan olmalı və ixrac üçün nəzərdə tutulan məhsullar və nümunələr də daxil olmaqla topdansatış müəssisələri və məhsulu birbaşa əldə edən müştərilər barədə ətraflı məlumatı (ünvanlar, iş və qeyri-iş saatları xidmət göstərən telefon və faks nömrələri, seriyalar və çatdırılan miqdar) özündə əks etdirməlidirlər.