İnvestisiya şirkəti tərəfindən fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) üzrə müştərilərə mütləq gəlirin vəd edilməsinə yol verilmir.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
İnvestisiya şirkəti fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) üzrə alqı-satqı əməliyyatlarını icra edərkən faktlara, məlumatlara, hesabatlara və təhlillərə əsaslanmalı və bu materiallar ən azı fərdi investora portfelinin idarə edilməsi xidmətinin təklif edildiyi müddətdə saxlanılmalıdır. İnvestisiya məsləhətləri əsas investisiya xidmətlərinin bir növü olaraq investisiya şirkəti ilə müqavilə bağlamış müştəriyə verilir.