Ləğv edilmiş, qaytarılmış, istifadə müddəti bitmiş, geri çağırılmış məhsul və materialların saxlanıldığı sahələr fiziki və ya digər validasiya edilmiş ekvivalent (elektron və s.) sistemlərlə ayrılmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Materiallar, məhsullar və sahələr müvafiq şəkildə identifikasiya edilməlidir. Sui-istifadə riski olan, yanğın və partlayışa səbəb ola biləcək maddələr (məs. tez alışan mayelər və bərk maddələr, sıxılmış qazlar) də daxil olmaqla, yüksək fəallığa və həssaslığa malik, radioaktiv, narkotik və digər zərərli, və / və ya təhlükəli materiallar və dərman vasitələri xüsusi qorunan və təhlükəsizlik tədbirləri həyata keçirilən yerlərdə saxlanmalıdır.