Müqavilə əsasında ANALİZLƏR

07 Fevral 2025, 01:21

İcraçı dərk etməlidir ki, müqavilə əsasında analizlər də daxil olmaqla, sifariş olunan fəaliyyətlər səlahiyyətli orqanlar tərəfindən yoxlanılır.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Sifarişçi ilə icraçı arasında onların öhdəçiliklərini, icra olunan fəaliyyətlə bağlı məlumat mübadiləsini müəyyən edən müqavilə bağlanmalıdır. Müqavilənin texniki tərəfləri sözügedən fəaliyyətə və Eibarlı İstehsalat Təcrübəsi (EİT) tələblərinə dair müvafiq biliklərə malik səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməlidir.