İnvestisiya şirkəti tərəfindən müştəri hesablarına (depo və marja hesablarına) və hesablar üzrə aparılan əməliyyatlara davamlı nəzarət müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqinə dair ƏL/TMM Qanunu və MUT Qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
Bu Qaydanın 15.1-ci bəndində nəzərdə tutulmuş tədbirlərin davamlı tətbiqi nəticəsində uyğunsuzluqlar müəyyən edildikdə 5 (beş) iş günü ərzində müştəridən və ya onun səlahiyyətli nümayəndəsinin bunun səbəblərini açıqlayan məlumatların və ya onları təsdiq edən sənədlərin, habelə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri üzrə məlumatların yazılı (fiziki imza, gücləndirilmiş müştəri autentifikasiyası və ya gücləndirilmiş elektron imza ilə təsdiq olunmuş) şəkildə 30 (otuz) təqvim günü ərzində verilməsi tələb olunur.