Qış transferlərini davam etdirən “Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbula gələn Karlos Kuesta “Qalatasaray”la 3,5 illik müqavilə imzalayıb.

Tərəflər arasında razılaşmaya əsasən, “Qalatasaray” Karlos Kuesta üçün “Genk”ə 8 milyon avro ödəyəcək.

Qeyd edək ki, “cimbom” daha əvvəl Ahmet Kutucu, Alvaro Morata və Mario Lemina ilə müqavilə imzalayıb.