Qazanlarla və ekonomayzerlərlə bir yerdə bilavasitə onların təmirinə və buxar əldə etmə texnologiyasına aid olmayan maşın və cihazların quraşdırılması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qazanlar işləyərkən aşağıdakılara yol verilmir:
– odluqda yanma başa çatmayana və təzyiqin atmosfer təzyiqinə enməsinə qədər qazanı nəzarətsiz qoymağa;
– təzyiq altında olan qazan elementlərində hər hansı təmir işlərini aparmağa;
– növbədə olduğu zaman, qazan işləyərkən operatora (ocaqçı) təlimatda nəzərdə tutulmayan hər hansı bir başqa işləri tapşırmağa.