Samir Şərifova 3 yeni yüksək vəzifə həvalə olunub.
Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Samir Şərifov Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının və BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üçün yaradılan Dövlət Komissiyasının sədrləri postunda Baş nazirin sabiq müavini Əli Əhmədovu əvəzləyib.
Eyni zamanda Samir Şərifov Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri olub. İndiyə qədər Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri Baş nazirin birinci müavini Yaqub Eyyubov olub.