ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinin ölkə vətəndaşları və ya İsrail kimi müttəfiqləri ilə bağlı araşdırmalarda iştirak edən hakimlərinə, əməkdaşlarına qarşı iqtisadi və viza sanksiyaları tətbiq edib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Reuters məlumat yayıb.
Sanksiyalar siyahıda olan şəxslərin ABŞ-dakı hər hansı aktivlərinin dondurulmasını və onların və ailələrinin ölkəyə səfərinin qadağan olunmasını əhatə edir. Məhdudiyyətlərə məruz qalanların adları açıqlanmır.
Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsinin ilkin istintaq palatası İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.