Üçüncü tərəf təchizatçı tərəfindən ödəniş hesabı üzrə məlumat xidmətinin yerinə yetirilməsi üçün ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisinin razılığını almalıdır.

Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.

Razılığın alınması ödəniş xidməti istifadəçisi üçüncü tərəf təchizatçı tərəfindən ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısının interfeysinə yönləndirilir və ödəniş xidməti istifadəçisinin gücləndirilmiş müştəri autentikasiyası vasitəsilə razılığı əldə edilərək bu barədə üçüncü tərəf təchizatçıya məlumat ötürülür. Ödəniş xidməti istifadəçisinin razılığı bu Tələblərə 2 nömrəli Əlavədə göstərilən qaydada tərtib edilir.