Səudiyyə Ərəbistanı ölkəyə ümrə ziyarətinə gələnlərin Menenjit peyvəndi olmasına dair tələbi ləğv edib.
Heftelie.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi qərar qəbul edib.
Qeyd edək ki, ümrə ziyarətinə gələnlərin Menenjit peyvəndi olmasına dair qərar yanvarın 10-da qəbul edilmişdi. Ümrə ziyarətinə gələnlər Səudiyyə Ərəbistanına səfərdən ən çox 3 il, ən azı isə 10 gün öncə Menenjit peyvəndi vurdurmalı idilər.