Ödəyici maliyyə vəsaitinin elektron köçürülməsi üzrə sərəncam verən bank və digər ödəniş hesabı sahibi və ya hesab açılmadan əməliyyatın aparılması üçün sərəncam verən şəxsdir.
Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.
Vəsait alan xeyrinə elektron köçürmə həyata keçirilən şəxs, emitent maliyyə institutu – elektron köçürmə zamanı ödəniş sərəncamını qəbul edən və maliyyə vəsaitini göndərən maliyyə institutu, vasitəçi maliyyə institutu elektron köçürmə zamanı emitent və benefisiar maliyyə institutları arasında elektron köçürmə zəncirində iştirak edən maliyyə institutu, benefisiar maliyyə institutu elektron köçürmə zamanı maliyyə vəsaitini qəbul edən və vəsait alanın bank və digər ödəniş hesabına daxil edən və ya onun istifadəsinə imkan yaradan maliyyə institutudur.