Xarici valyuta əməliyyatı investisiya şirkətinin əməliyyat sistemində qeyd edilir və müştəriyə əməliyyat ilə əlaqəli təqdim olunan hesabatda müəyyən edilmiş məlumatlardan əlavə olaraq nələrin əks olunduğu açıqlanıb.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Xarici valyuta əməliyyatı investisiya şirkətinin əməliyyat sistemində qeyd edilir və müştəriyə əməliyyat ilə əlaqəli təqdim olunan hesabatda bu Qayda ilə müəyyən edilmiş məlumatlardan əlavə olaraq aşağıdakılar əks olunur:

– xarici valyuta mübadiləsi ilə əlaqəli əsas investisiya xidmətinin (əməliyyatının) növü;

– mübadilə olunan xarici valyutanın adı, məbləği və investisiya şirkətinin həmin günə müəyyən etdiyi məzənnə.