“Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyinat olub.
Heftelik.az-ın məlumatına görə, bu vəzifəyə Şaban Kamal oğlu İmkani gətirilib.
Şaban İmkani 2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb. O, eyni zamanda bloqer və aktyor kimi də fəaliyyət göstərir.