Sumqayıtda ana və övladı dərmandan zəhərlənib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.
1972-ci il təvəllüdlü Aybəniz Fazil qızı Orucova və övladı 2010-cu il təvəllüdlü Məhəmməd Gəncə oğlu Orucov yaşadıqları ünvanda dərmandan zəhərləniblər.
Onlar dərhal xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.