Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadənin Türkiyənin “Tuzlaspor” klubuna qarşı məhkəmə işini uğurla yekunlaşıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə oyunçunun hüquqlarını müdafiə edən vəkil Elcan Həsənli sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, FIFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən, B.Həsənalızadəyə klub tərəfindən təzminat ödənilib.