Türkiyədə “Turqutlu Ülkü Ocaqları”nın keçmiş rəhbəri Cemal Gürefe evində ölü tapılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.

Cemal Gürefedən uzun müddət xəbər tutmayan yaxınları polisə məlumat veriblər.

Evə daxil olan asayiş keşikçiləri Cemal Gürefenin cansız bədəni ilə qarşılaşıblar.

Ölümün səbəbi hələlik bəlli deyil.

Araşdırılma aparılır.