ABŞ Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask ABŞ-nin “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu bəyan edib.

Heftelik.az-ın xəbərinə görə, İlon Mask bununla bağlı  “X” hesabında paylaşım edib.

Mask bu radiostansiyalara heç kim qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini nəzərə çatdırıb:

“Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır. Bu radiostansiyaları öz-özünə danışan, dəli radikal solçular idarə edir. Eyni zamanda, hər iki radiostansiyaya ABŞ vergi ödəyiciləri tərəfindən toplanan təxminən 1 milyard dollar xərclənir”.

Qeyd edək ki, “Azadlıq radiosu” və “Amerikanın səsi” bir sıra digər media orqanları kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.