Avtorizasiya belə prosesdir

10 Fevral 2025, 01:05

Avtorizasiya ödəniş xidməti təchizatçısının tələb olunan məlumatlara giriş hüququnun olmasının təsdiq edilməsi prosesi

Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.

Gücləndirilmiş müştəri autentikasiyası autentikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığını istisna etməyən, yalnız istifadəçinin bildiyi (şifrə, pin, suallar toplusu və s.), istifadəçiyə məxsus olan (üz tanınması, səs tanınması, barmaq izi və s.) və istifadəçinin sahib olduğu elementlərdən (mobil telefon, OTP, TOTP, elektron imza və s.) iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentikasiya, hesab üzrə məlumat xidməti ödəniş xidməti istifadəçisinin bir və ya bir neçə digər ödəniş xidməti təchizatçısı tərəfindən xidmət olunan ödəniş hesabları üzrə məlumatların onlayn təqdim edilməsi xidməti, hesab üzrə məlumat xidməti təchizatçısı –ödəniş hesabları üzrə məlumat xidməti göstərən ödəniş xidməti təchizatçısıdır.