Armaturu, cihazları, avtomatikası, qəzaya qarşı mühafizə vasitələri və siqnalizasiyası nasaz olduqda qazanın işləməsinə və işə salınmasına yol verilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Qazan dayandırılarkən dərhal yanacağın və havanın odluğa verilməsi və havanın çəkilməsini dayandırmaq, tüstü sorucularını və ventilyatorları saxlamaq, hava və qaz qapaqlarını tam bağlamaq lazımdır. Qazanların üfürülməsi məsul şəxsin iştirakı ilə, qrafik üzrə müəyyən edilmiş müddətdə həyata keçirilməlidir.