“ç” bəndinə kosmetik qüsur kimi üzdə vitiliqo ocaqlarının olması da aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Anamnezdə son 10 ildə residivləşməyən atopik dermatitin (ekssudativ diatezin, uşaq ekzemasının, neyrodermitin) olması, eləcə də məhdud sklerodermiyanın bir növü olan “ağ ləkələr xəstəliyi”, vitiliqonun məhdud formaları (üz və bədənin görünən nahiyələri istisna olmaqla) bu maddənin tətbiqi üçün əsas deyildir və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.