Əfv Komissiyası toplaşır

10 Fevral 2025, 10:51

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır.

Heftelik.az-ın xəbərinə görə, bu barədə APA-ya Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

Komissiyanın ilk iclasının fevralın 12-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.