İnvestisiya şirkəti davamlı nəzarət çərçivəsində aşkar etdiyi mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, şübhəli, açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan hesablar və əməliyyatlarla bağlı ƏL/TMM Qanununa uyğun olaraq tədbirlər görür.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Fərdi investorun portfelinin idarə edilməsi və ya investisiya məsləhətinin verilməsi üzrə xidmət göstərən investisiya şirkəti müştəri ilə müqavilə bağlamazdan əvvəl müştərinin maliyyə vəziyyəti və investisiya məqsədləri barədə yazılı qaydada (kağız daşıyıcıda və ya elektron formada) ətraflı məlumat alır.