Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəminin gəmi heyətinin tərkibinə, gəmi kapitanı, gəmi kapitanının baş köməkçisi, baş mexanik və radiomütəxəssis vəzifələri istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də daxil edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.