Bu ildən Həcc ziyarətində zəvvarların özləri ilə uşaq gətirməsinə icazə verilməyəcək.

Heftelik.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi belə qərar qəbul edib.

Qeyd edilib ki, qərar Həcc ziyarəti zamanı sıxlıq yarandığından uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə verilib.