İnvestisiya şirkətinin və bankın müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə investisiya xidməti (əməliyyatı) ilə məşğul olan əməkdaşı Qanunun 30.3.6-cı maddəsi ilə müəyyən edilmiş investisiya xidməti (əməliyyatı) ilə eyni zamanda məşğul ola bilməz.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

İnvestisiya şirkətinin Qanunun 30.3.6-cı maddəsi ilə müəyyən edilmiş investisiya xidməti (əməliyyatı) ilə məşğul olan əməkdaşı eyni zamanda investisiya məsləhətlərinin verilməsi və ya fərdi investorların portfelinin idarə edilməsi üzrə investisiya xidməti (əməliyyatı) ilə məşğul ola bilməz. Bankın investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bütün işçiləri müvafiq ixtisas şəhadətnaməsinə malik olmalıdır.