Sənədlər və məlumatlar ildə bir dəfədən az olmayaraq yenidən əldə olunur, etibarlı mənbələr (həmin xarici maliyyə institutuna nəzarəti həyata keçirən orqana sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər etibarlı mənbələr) vasitəsilə yoxlanılır, onlarla bağlı risk qiymətləndirməsi aparılır, işgüzar münasibətlərin davam etdirilməsi risklərinə dair hesabat hazırlanır və risklərin idarə edilməsi üzrə tədbirlər görülür.

Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.

Maliyyə institutu işgüzar münasibətlər yaradılan xarici və yerli maliyyə institutlarının reyestrini tərtib edir, onu internet səhifəsində yerləşdirir və mütəmadi yeniləyir.