Müştəri aktivləri müştəriyə məxsus olan, investisiya şirkətinin və ya bankın daxili uçot sistemində qeydiyyata alınan qiymətli kağızlar, törəmə maliyyə alətləri və ya puldur.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
Marja hesabı investisiya şirkəti tərəfindən marja ticarətinin aparılması məqsədi ilə müştərilərə açılmış hesab, fərdi investor institusional investor da daxil olmaqla qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcısı və ya onları almaq təklifini verən şəxs, bazar qiyməti qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin ticarət olunduğu fond birjasındakı cari qiyməti, ədalətli dəyər qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin bazar iştirakçıları arasında müəyyən edilmiş tarixdə normal şərtlər çərçivəsində satılmasına görə alına bilən və alınmasına görə ödənilə bilən qiymətdir.