Tədqiqat üçün olan dərman vasitələrində bütün tədqiqat sahələri və məhsulun çatdırılması nəzərdə tutulan ölkələr müəyyən olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Dövlət qeydiyyatına alınmış tədqiqat dərman vasitələri olduqda, dərman vasitəsinin istehsalçısı sponsor ilə birlikdə məhsulla bağlı hər hansı keyfiyyət qüsuru barədə dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibini məlumatlandırmalıdır. Sponsor, məhsulun operativ geri çağırılması məqsədi ilə gizli olan dərmanların lazımi dərəcədə aşkara çıxarılmasını təmin etməlidir.