Ödəniş xidməti istifadəçisinin razılığı ödəniş hesabı üzrə məlumat xidmətinin bütün istifadə halları üzrə əməliyyatların həyata keçirilməsi üçün əsas kimi çıxış edir.
Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.
Üçüncü tərəf təchizatçıya ödəniş hesabı məlumatlarına giriş hüququ verildiyi təqdirdə, bu hüququn qüvvədə olma müddəti və tezliyi ödəniş xidməti istifadəçisi tərəfindən razılıqda müəyyən edilir. Bu hüququn müddəti 90 (doxsan) gündən çox ola bilməz. Ödəniş xidməti istifadəçisi razılıq verən zaman xidmət əldə etmək istədiyi ödəniş hesablarını seçməlidir. Üçüncü tərəf təchizatçı ödəniş xidməti istifadəçisini razılıq şərtləri və razılığın verilməsi qaydası barədə əvvəlcədən aydın şəkildə məlumatlandırmalıdır.