Ödəniş hesablarının siyahısının əldə edilməsi istifadə halında ödəniş xidməti istifadəçisi tərəfindən üçüncü tərəf təchizatçı vasitəsilə bütün giriş hüququ verilmiş ödəniş hesablarının siyahısı əldə edilir.
Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.
Əməliyyat İnterfeysdə üçüncü tərəf təchizatçı tərəfindən başladılır. Bu əməliyyat ödəniş xidməti istifadəçisinin birbaşa iştirakını tələb etmir. Əməliyyat ödəniş xidməti istifadəçisinin daha əvvəl verdiyi razılıq əsasında aparılır. Ödəniş hesabının rekvizitlərinin əldə edilməsi istifadə halında ödəniş xidməti istifadəçisi üçüncü tərəf təchizatçının öz interfeysində seçilmiş ödəniş hesabının rekvizitləri haqqında ətraflı məlumatı əldə edir. . Əməliyyat İnterfeysdə üçüncü tərəf təchizatçı tərəfindən başladılır. Bu əməliyyat ödəniş xidməti istifadəçisinin birbaşa iştirakını tələb etmir. Əməliyyat ödəniş xidməti istifadəçisinin daha əvvəl verdiyi razılıq əsasında aparılır.