Emitent maliyyə İNSTİTUTU

11 Fevral 2025, 01:08

Emitent maliyyə institutu ölkədaxili və ya transsərhəd elektron köçürmədən öncə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.17-ci maddəsinin müddəaları nəzərə alınmaqla bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində ödəyici haqqında nəzərdə tutulmuş məlumatları verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidir. Müştəri uyğunluğu tədbirləri görülə bilmədikdə bu tələb 500 (beş yüz) manat ekvivalentinədək məbləğdə vəsait alanın bank hesabına həyata keçirilən ölkədaxili birdəfəlik elektron köçürmələrə şamil edilmir.

Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.

Emitent maliyyə institutu bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla elektron köçürmələr zamanı bu Qaydanın 3.1-ci bəndində göstərilən məlumatları elektron köçürmə zəncirində növbəti maliyyə institutuna ötürməlidir.