![](https://heftelik.az/content/uploads/2025/02/tikilan-al-1.jpg)
Heftelik.az-ın Bakupost-a istinadən verdiyi məlumata görə, hadisə yanvarın ortalarında, kişi elektrik aləti ilə işləyərkən baş verib. O, saat 17:42-də xəstəxanaya çatdırılıb və saat 18:00-da mürəkkəb mikrocərrahi əməliyyat başlayıb.
Əməliyyat bir neçə saat davam edib və kəsilmiş əl uğurla yerinə tikilib.
“Əməliyyat tam dəqiqlik tələb edirdi. Həkimlər tədricən zədələnmiş strukturları bərpa edərək əlin həyat qabiliyyətini təmin etdilər”, – deyə baş həkim Yaroslav Frolov bildirib
Xəstəni uzun bir reabilitasiya kursu gözləyir və o, müalicəsini davam etdirir.