HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail Ordusu Qəzza zolağında intensiv hərbi əməliyyatları bərpa edəcək.

Heftelik.az-ın məlumatına görə, bunu İsrail Baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetin 4 saatlıq iclasının yekunu ilə bağlı açıqlamasında deyib.

Baş nazir qəbul etdiyi bi qərarı Nazirlər Kabinetinin yekdilliklə təsdiqlədiyini nəzərə çatdırıb: “Əgər Həmas şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail Ordusu nəhayət, HAMAS  məğlub olana qədər intensiv hərbi əməliyyatlara davam edəcək”.